09 aprel 2024 12:09
359

Sadır Japarov Azərbaycana dövlət səfəri edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfəri edəcək.

"İki sahil" Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev bildirib.

O qeyd edib ki, səfər 24-25 aprel 2024-cü il tarixlərinə planlaşdırılıb.