09 aprel 2024 15:58
276

Putin seçkidə onu DƏSTƏKLƏYƏCƏK

Rusiya prezidenti Vladimir Putin Başqırdıstan rəhbəri Radiy Xabirovla görüşüb və onu qarşıdan gələn seçkilərdə dəstəkləyəcəyini qeyd edib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, Putin son seçimin xalqın ixtiyarında olduğunu vurğulayıb.

Xabirov qeyd edib ki, onun səlahiyyət müddəti payızda başa çatır, lakin o, fəaliyyətini davam etdirməyə və respublikanın inkişaf tempini qoruyub saxlamağa hazırdır.

“Ümumilikdə hər şey qaydasındadır, planlar çoxdur və nəticələr də yaxşıdır. Ona görə də mən də öz növbəmdə sizi dəstəkləmək üçün hər şeyi edəcəyəm və seçim, təbii ki, xalqın ixtiyarında olacaq”, - Putin bildirib.