11 aprel 2024 14:45
358

Litva Prezidenti: Şimal-Cənub xətti boyunca hərbi mobillik gücləndirilməlidir

Litva prezidenti Gitanas Nauseda Vilnüsdə keçirilən Üç Dəniz Təşəbbüsü sammitində bildirib ki, Şimal-Cənub xətti boyunca hərbi mobillik infrastrukturu beynəlxalq təhlükəsizlik sisteminin mühüm tərkib hissəsidir və buna görə də bütün uzunluğu boyunca gücləndirilməlidir.

“İki sahil”in məlumatına görə, ​dövlət başçısı Üç Dəniz Təşəbbüsünün üzvü olan ölkələrin hərbi mobillik məsələsində birlik nümayiş etdirdiyini söyləyib: “İkili təyinatlı (mülki və hərbi – red.) infrastrukturun gücləndirilməsi gələcəyimizin təhlükəsizliyinə sərmayədir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”