14 aprel 2024 00:49
254

İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir.

“İki sahil” xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Telekanalın hərbi mənbəyinin məlumatına görə, İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundakı Meysan və Nasiriyə əyalətlərindən İsrail ərazisi istiqamətində keçib.

"The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib.

KAN radiosu isə bildirib ki, İran İsrailə pilotsuz təyyarə ilə zərbə endirib.