14 aprel 2024 01:14
317

Bayden Milli Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirəcək - FOTO

ABŞ Prezidenti Co Bayden Milli Təhlükəsizlik Şurasının üzvləri ilə Yaxın Şərqdəki vəziyyətlə bağlı məsləhətləşmələr aparacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məsləhətləşmələrə Ceyk Sallivan, dövlət katibi Entoni Blinken və müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin daxil olacaq.