16 aprel 2024 17:18
223

Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib

Həbsdə olan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib.

“İki sahil” xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrlik etdiyi məhkəmə iclasında baxlacaq.

Qeyd edək ki, eks deputat ötən ilin iyulunda həbs olunub.

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.