17 aprel 2024 13:35
181

Lənətlənmiş adamlar bağışlanmır - Tural Səfərov yazır

Belə bir müdrik söz var: “Vərdişə çevrilmiş əməllərə görə insan heç vaxt vicdan əzabı çəkmir”.

Azərbaycan xalqına xəyanəti, milli maraqları xarici qüvvələrə satmağı vərdişə çevirmiş “milsiz şura”da toplaşanlar ləyaqətləri kimi, vicdanlarını da çoxdan itiriblər. Əslində Vətən müharibəsindəki qələbəmizi həzm edə bilməyən ermənipərəsət qüvvələrə qoşulan bu “milsiz şura”nın züy tutanları təkcə xəyanətkar, ləyaqətsiz və vicdansız deyil, həm də əxlaqsız olduqlarını sübut etdilər. Əxlaqsız üçün pulu kimin verdiyinin heç bir önəmi yoxdur. Bu, ABŞ də ola bilər, Fransa da. Təki pul olsun, hakimiyyətə gəlmək vədi verilsin, “pastel”in nə fərqi var ki...

Əli Kərimlinin daldan, Gültəkin Hacıbəylinin isə qabaqdan verdiyi dəstəklə idarə olunan, Cəmil Həsənlinin “rəhbərlik” etdiyi anti-milli şura xarici mərkəzlərdən yeni tapşırıq alıb. ABŞ və Avropa liderlərinin müxtəlif təzyiq vasitələri ilə iradəsinə təsir edə bilmədikləri, milli maraqlarımız uğrunda qlobal güclərlə savaşan, Ermənistanı bizim istədiyimiz kimi sülh müqaviləsi imzalamağa məcbur edən Prezident İlham Əliyevə daxildə problem yaratmaq, ölkədə sabitliyi pozmaq lazımdır. Anti-milli şuranın aprelin 21-ə təyin etdiyi mitinq Azərbaycan xalqının əleyhinə yönəlmiş məkrli planların tərkib hissəsidir. Müxtəlif vədlərlə aldatdıqları 5-10 nəfərlə insanların çox toplaşdığı ərazilərdə mitinq keçirib guya xeyli tərəfdarlarının olduğunu göstərmək, əvvəlcə dinc mitinq görüntüsü yaratmaq, sonra təxribatla kütləvi ixtişaşlar törətmək istəyirlər. Onlar idarə olunduqları mərkəzlərdən belə tapşırıq alıblar və bu “layihəni” uğurla reallaşdıracaqlarına söz veriblər.

Anti-millilər özləri də bilirlər ki, müdrik xalqımız onlara heç vaxt dəstək verməyəcək, bu gün sabitlik adası olan Azərbaycanın bu düzəninin pozulmasına imkan yaratmayacaq. Xalq bu ilin fevral ayında bir daha öz seçimini edib, 200 illik tarixi gedişi dəyişdirən, Xankəndidə Azərbaycan bayrağını ucaldan MÜDRİK LİDERİNİ, Müzəffər Ali Baş Komandanını 92.12 faiz səslə yenidən Prezident seçib. Azərbaycan xalqı bilir ki, onun işıqlı gələcəyinin, dövlət müstəqilliyimizin, milli maraqlarımızın qorunmasının yeganə qarantı Prezident İlham Əliyevdir. Yalnız O bizi bu qaranlıq dünyadan aydınlığa çıxara, dövlətimizi qoruya bilər. İlham Əliyev təkcə bizim deyil, Cənubi Qafqaz xalqlarının da yeganə xilaskarıdır. Böyük güclər məhz İlham Əliyev faktoruna görə, Cənubi Qafqazda öz məkrli planlarını reallaşdıra, bölgəni müharibə meydanına çevirə bilmirlər. Deməli, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə regionu qoruyur, Üçüncü Dünya Müharibəsinin Cənubi Qafqazdan başlanmasına imkan vermir. Beləliklə, Azərbaycan xalqı böyük bir missiyanı icra edir: hələ də ümidlərin tükənmədiyi sülh, dünyanın xilası üçün mübarizə aparır.

Azərbaycana yaxın ərazilərdə gərginlik, müharibə, qan var. Rusiya-Ukrayna müharibəsində yüz minlərlə insan ölüb, Yaxın Şərq od içindədir. Bu regionlarda hər gün minlərlə günahsız insan, uşaq öldürülür. İran İsraillə müharibəyə “hamilədir”. Bizim ölkəmizdə isə fərqli mənzərədir. Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür, ölkə inkişaf edir, Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Biz uzun illər yurd həsrəti, Qarabağ dərdi ilə yaşamışıq. İndi bu xalqın bütöv Azərbaycandakı sevincini əlindən almaq istəyirlər. Niyə? Ermənilər məyus olub deyə? Yox, bunu heç vaxt görməyəcəklər. Azərbaycan xalqı ABŞ-yə, Avropaya, onların yataq oyuncaqları Əli Kərimlilərə, Cəmil Həsənlilərə, Gültəkin Hacıbəylilərə bu dəfə iki barmağının arasında elə böyük bir işarə göstərəcək ki, onlar bir də bizim ölkəmizdə sabitliyi pozmağa cəhd edə bilməyəcəklər.  

Azərbaycan xalqı bu yaramazların xəyanətini heç vaxt unutmayacaq. Çox az bir ehtimal: bundan sonra Əli kərim, yəni lütf sahibi, Gültəkin hacı olsa, Cəmil də adının "mil" hissəsinə "li" artırsa belə, faydası yoxdur. Lənətlənmiş adamlar heç vaxt bağışlanmır.