18 aprel 2024 12:16
180

Regionlarda sosial infrastrukturun inkişafı diqqətdə saxlanılır

Azərbaycanda iri infrastruktur layihələrinin yerinə yetirilməsi dünyamiqyaslı bir hadisədir. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatlar həyata keçirmək, inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməkdir.

Təbii ki, Azərbaycanın ümumi inkişafında regionların sosial iqtisadi  inkişafının rolu da əhəmiyyətlidir. Paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun bərpası və inkişafı maksimum diqqətdə saxlanılır. Dövlət Proqramı çərçivəsində əhalinin qaz, su, elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, nəqliyyat, səhiyyə və təhsil müəssisələrinin tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Regionların tamamilə qazlaşdırılması uğurla həyata keçirilir.

İsmayıllı-1 Su Elektrik Stansiyasının tikintisi praqram çərçivəsində inşa olunan obyektlərdəndir. Ölkəmizdə 780 meqavat gücündə olan stansiya bu yaxınlarda Şirvan şəhərində istismara verilib.

Yol-nəqliyyat layihələri ardıcıl olaraq həyata keçirilir. 8-9 ballıq seysmik təsirə davamlı körpülər salınır, yollar çəkilir. Azərbaycanda ən böyük turizm mərkəzi yaradılır. Yol tikintisinə çox böyük diqqət yetirilir.

Quba-Qusar bölgəsində turizm potensialımız çox böyükdür. Şimal bölgəsində sənaye müəssisələrinin yaradılması turizmin inkişafını daha da sürətləndirir. Ölkəmizin yaxın sərhədlərlə əlaqəsini möhkəmlədirmək üçün Bakı-Rusiya avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması əsas layihələrdən biridir.

İşğaldan azad olunmuş ərazilərdə yeni layihələr həyata keçirilir. Məktəblər tikilir, tibb müəssisələri yaradılır. Xankəndi şəhərində universitet binası ucaldılır. Az müddətdə kilometrlərlə avtomobil və dəmir yolları çəkilib istifadəyə verilir. Bəlkə də dünyanın heç bir yerində belə bir qlobal layihə indiyə qədər işlənməyib.

Milli maraqlara əsaslanan  bu layihələrin həyata keçirilməsi respublikamızın hərtərəfli inkişafında yeni mərhələ açmışdır. Qısa müddətdə reallaşması çətin görünən qlobal, regional layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu gücləndirmişdir. Azərbaycan dünyada ən böyük infrastruktur layihələrinin gerçəkləşdirən dövlət kimi tanınmaqdadır.

Nazlı Maxsudova,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü