Bu il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 69 milyard 027,2 milyon ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, bunun 83,1 %-i və yaxud 57 milyard 372,8 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,9 %-i və yaxud 11 milyard 654,4 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 344,5 milyon ABŞ dolları və yaxud 2 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 milyard 303,1 milyon ABŞ dolları və yaxud 2,3 %, AMB-nin valyuta ehtiyatlarında isə 41,4 milyon ABŞ dolları və yaxud 0,4 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 6 milyard 456,6 milyon ABŞ dolları və yaxud 10,3 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 3 milyard 935,2 milyon ABŞ dolları və yaxud 7,4 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 521,4 milyon ABŞ dolları və yaxud 27,6 % artım nümayiş etdirib.
|
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın strateji valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
|
01.04.2024 |
57 372,8 |
11 654,4 |
69 027,2 |
|
01.01.2024 |
56 069,7 |
11 613.0 |
67 682,7 |
|
01.10.2023 |
55 524,0 |
9 775,3 |
65 299,3 |
|
01.07.2023 |
54 915,1 |
9 195,9 |
64 111,0 |
|
01.04.2023 |
53 437,6 |
9 133,0 |
62 570,6 |
Azərbaycan və Kamboca arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə Saziş layihəsinin müddəaları razılaşdırılıb
Media nümayəndələri üçün “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisarlara dövlət nəzarəti” mövzusunda təlim keçirilib FOTOLAR
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib