Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial-iqtisadi sahədə geniş miqyaslı layihələr həyata keçirilir. Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixlli Fərmanı ilə ölkəmizin zəngin iqtisadı potensialindan, təbii sərvətlərindən səmərəli istifadə etmək məqsədi ilə Azərbaycan Respublikasının 14 iqtisadı rayondan ibarət yeni bölgüsü təsdiq edilmişdir. Həmin fərmanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da yaradılması öz əksini tapmışdır. İşğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin öz ata-baba yurdlarına qayıtması Vətən müharibəsindən keçən dövr ərzində dövlətimizin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.
Böyük Qayıdışın ilk addımı Zəngilandan başladı. 2022-ci ilin iyulunda məcburu köçkünlərin ağıllı kənd kimi yenidən qurulmuş Ağalı kəndinə qayıdışı bayrama çevrildi. 2021-ci ilin oktyabrında Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava limanının açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət başçıları iştirak etdilər. Hazırda Laçında beynəlxalq hava limanı tikilir. Prezident İlham Əliyev 2021-ci ilin noyabrında Zəfər yolunun açılışında iştirak etdi. 2022-ci ilin oktyabrında Azərbaycan və Türkiyənin dövlət başçıları Zəngilanda tikilmiş Beynəlxalq Hava limanının açılış mərasimində iştirak etdilər. Azərbaycan Respublikası azad edilmiş torpaqlarımızda iri miqyaslı bərpa-quruculuq layihələrini mərhələli şəkildə həyata keçirir.
Dövlətimiz kənd təsərrüfatının inkişaf etdirilməsində bir sıra mühüm addımlar atmışdır. Bu məqsədlə müasir texnologiyalardan istifadə etməklə azad olunmuş torpaqlarımızda irimiqyaslı infrastruktur layihələri reallaşdırılır. Bu addımların nəticəsində həm üzümçülüuk, taxılçılıq, həm də meyvəçilik və bostançılıq kimi kənd təsərrüfatı sahələri inkişaf etdiriləcəkdir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən zəngin təbbi resurslarına malik olan ərazilərdən biridir. Dövlət başçımızın qeyd etdiyi kimi hər qarış torpağımızdan maksimum məhsuldarlıq, səmərə götürüləcək. Bu məhsuldarlığın təmin edilməsi məqsədi ilə 2027-ci ilin sonuna qədər Şirvan kanalının açılışı olacaq.
V.Əliyeva,
YAP Xətai rayon təşkilatının "Q.Nəbi 6A" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü