22 aprel 2024 19:31
398

Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmayıb

Rusiya sülhməramlıları Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmayıb.

“İki sahil” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu (sülhməramlıların çıxarılması-red) Ermənistanın 1991-ci ildəki Azərbaycanın sərhədlərini tanıdıqdan sonra regionda yaranmış hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və onlar üçün daha funksiya qalmayıb", - deyə Kremlin sözçüsü vurğulayıb.