23 aprel 2024 19:43
192

Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır

Azərbaycan və Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır.

“İki sahil” xəbər verir ki, bunu ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçısı, Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Layl Şarp söyləyib.

Sabiq səfir tərəflər arasındakı normallaşma prosesini müsbət hesab edir:

“Ölkələr bir-biri ilə vasitəçi olmadan birbaşa danışırlar. Bu, çox böyük addımdır. Rusiya sülhməramlıları da artıq Qarabağı tərk edir. Bu da çox müsbət hadisədir. Ümid edirik ki, bundan sonra tərəflərin daimi birbaşa təması üçün mexanizm də yaradılacaq”.

C.Şarp ölkəsinin COP29 çərçivəsində mühüm dəstəyini də qeyd edib: "COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq. Bu, həmçinin böyük məsuliyyətdir”.