23 aprel 2024 23:06
321

Rusiya müdafiə nazirinin müavini saxlanılıb - YENİLƏNİB

Rusiyanın İstintaq Komitəsinin əməkdaşları tərəfindən saxlanılan müdafiə nazirinin müavini Timur İvanov azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir.

“İki sahil” xəbər verir ki, Cinayət Məcəlləsinin ona qarşı irəli sürülən maddəsinə görə, məmuru 15 ilədək həbs cəzası gözləyir.

Məlumata görə, o, xüsusilə böyük miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 6-cı maddəsinin 290-cı hissəsi). Xüsusilə böyük məbləğ 1 milyon rubl məbləğindən başlayır. Beləliklə, İvanov 1 milyon rubldan çox rüşvət almaqda şübhəli bilinir. Bu maddə üzrə maksimum cəza 15 ilə qədər həbsi nəzərdə tutur.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, T.İvanovun saxlanılması barədə dövlət başçısı Vladimir Putinə məruzə edilib.

***

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Federasiyası müdafiə nazirinin müavini İvanov Timur Vladimiroviç Cinayət Məcəlləsinin 6-cı maddəsinin 290-cı hissəsində (rüşvət almaq) nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb", - məlumatda deyilir.