24 aprel 2024 11:33
205

Türkiyə səfiri: 1915-ci ildəki hadisələri "soyqırımı" adlandırmaq heç bir məntiqə sığmır

XIX əsrin ikinci yarısından etibarən Rusiya Osmanlı türklərinə qarşı qətliamlara dəstək verib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən "Qondarma Erməni soyqırımı: İddialar və gerçəklər" mövzusunda konfransda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Səfir bildirib ki, ermənilər Rusiya ordusuna qatılır və ya onlarla əməkdaşlığa cəlb olunurdular: “Həmin dövrdə ermənilərdən daha çox pozuculuq fəaliyyətlərində istifadə edirdilər. Bu dəstək cavabsız qalmadı. Rusiya ordusu imperiyanın cənubunda məskunlaşmağa başladı. 1915-ci ildə Çar Rusiyasında qəbul olunan qanun nəticəsində bölgədə ölüm-dirim müharibəsi başladı”.

Cahit Bağçı qeyd edib ki, ermənilərin Osmanlı imperiyasının son dövrlərində baş verən hadisələri soyqırımı kimi təqdim etməsi heç bir məntiqə sığmır: “Həmin dövrdə dağılmaqda olan imperiyanın bir çox xalqları gerçək soyqırımlarına məruz qalıb. O dövrdə 500 min nəfərdən çox müsəlman qətlə yetirilib. Soyqırımı hüquqi bir anlayışdır. Bu səbəbdən də 1915-ci ildəki hadisələri "soyqırımı" adlandırmaq heç bir məntiqə sığmır. Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il tarixli qərarı ilə "soyqırımı" iddialarına tutarlı cavab verib. 2005-ci ildə Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılmasını təklif etsə də, Ermənistan tərəfi hələ də bu təklifə cavab verməyib. 1915-ci ildəki hadisələri tarixi məcrasından çıxarıb birtərəfli qaydada təqdim etmək yalnız terrorçu qruplaşmaların maraqlarına xidmət edir".