25 aprel 2024 00:35
235

Rusiyanın itkiləri açıqlandı - 791-ci gün

Ukrayna müharibənin 791-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 461 940 hərbçi, 7 242 ədəd tank, 13 928 ədəd zirehli döyüş maşını, 11 808 ədəd artilleriya sistemi, 1 048 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 771 hava hücumundan müdafiə sistemi, 348 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 892 ədəd avtomobil texnikası, 9 439 ədəd PUA, 2 117 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 944 xüsusi avadanlıq itirib.