Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərclər ləğv edilir.
“İki sahil” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə dəyişiklik edilib. Belə ki, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə xərclər siyahısından kommersiya mübahisələri çıxarılıb.
Milli Məclis Prezident İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na görə təbrik edib
Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir
Prezident İlham Əliyev: Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir