Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.
“İki sahil” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı deyib.
“Bu regionda investisiyaların dəstəklənməsi üçün nizamnamə kapitalı 50 milyon ABŞ dolları olan fond yaradılıb. Sizdən xahiş etmək istərdim ki, biz öz şirkətlərimizi bu fonddan maliyyələşdirilə biləcək layihələr vasitəsilə dəstəkləməyə davam etdiyimiz kimi, siz də şirkətlərinizi bununla bağlı həvəsləndirəsiniz”, - o vurğulayıb.
Milli Məclis Prezident İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na görə təbrik edib
Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir
Prezident İlham Əliyev: Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir