Azərbaycan və Macarıstan həm dost, həm də stratejik tərəfdaşdır.
“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, iki ölkə arasında əlaqələr gözləntilərə yox, dəyərlərə əsaslanıb.
“Ölkələrimiz arasında ticarət dövriyyəsində artım tempi var. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-fevral aylarında Macarıstan ilə ticarət dövriyyəsi 40,49 faiz artıb. Macarıstan Qarabağın yenidən qurulması və bərpasında iştirakı ilə bağlı plan hazırlayır. Bu ilin noyabrına qədər sözügedən plan tamamlanacaq və Macarıstan şirkətlərinin iştirak edə biləcəyi sektorlar müəyyənləşəcək”,- deyə P. Siyarto əlavə edib.
Milli Məclis Prezident İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na görə təbrik edib
Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir
Prezident İlham Əliyev: Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir