25 aprel 2024 12:54
173

Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayırıq- Fuat Oktay

Ermənistan tərəfindən uzun vaxtdır işğal altında tutulan Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayır və təbrik edirik.

“İki sahil” xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda keçirilən Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin də qısa zaman ərzində açılması vacib və əhəmiyyətlidir:

“Bu xəttin açılması ilə Türkiyə tarixi türk coğrafiyasına bağlanacaq. Bu da türk dünyasının daha da güclənməsi və inkişafına şərait yaradacaq. Bu dəhlizin açılması eyni zamanda Ermənistan üçün də son dərəcə vacibdir. Bununla də bölgədə sülhün əldə olunması təmin oluna bilər”.

F.Oktay həmçinin əlavə edib ki, türk dövlətlərinin bir-biri ilə əlaqələrinin gücləndirilməsi və bunun gələcək nəsillərə ötürülməsi əsas hədəflər arasındadır: “Türk dövlətlərinin sevinci və kədəri hər zaman ortaqdır”.