25 aprel 2024 16:14
264

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf edir

Ulu Öndər Heydər Əliyev  15 iyun 1993- cü ildə Milli Məclisin iclasındakı ilk çıxışında iki qonşu dövlət-Rusiya və azərbaycan arasında münasibətlərin qurulmasının vacibliyini qeyd etmişdir: ”Rusiya çox böyük dövlətdir,bizim qonşumuzdur.Şübhəsiz ki,Rusiya ilə azərbaycan arasında müstəqil prinsiplər əsasında  münasibətlər bundan sonra daha yaxşı və daha geniş olmalıdır”. 

Ümummilli  Liderimiz Heydər Əliyevin rəhbərliyi altında  Azərbaycan və Rusiya arasında  iqtisadi münasibətlər inkişaf etmiş,humanitar və mədəni əməkdaşlıq davam etdirilmişdir. Hal-hazırda Ulu Öndər  Heydər Əliyev tərəfindən qurulan münasibətlər dövlət başçımız İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və bu sahədə bir çox mühüm irəliləyişlər vardır.

İki dövlət arasında uğurlu siyasi əlaqələr regional əməkdaşlıq  məsələlərində  tam qarşılıqlı anlaşma, dövlətlər arasında siyasi tərəfdaşlıq mövcuddur. Dövlət başçımızın 2024-cü il martın 6-dakı çıxışında qeyd etdiyi qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilir. Bir çox sahələrdə,həmçinin iqtisadi-ticarət sahəsində artım vardır. Sənaye- kooperasiya sahəsində inkişaf etdirilmiş,Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri və xidmət sahələri yaratmışlar. Eyni zamanda,kənd təsərrüfatı sahəsində də qarşılıqlı anlaşma mövcuddur. Rusiya bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir.  Nəqliyyat-logistika sahəsində də böyük bir layihə həyata keçirilir.Şimal-Cənub Beynəlxlq Nəqliyyat  Dəhlizi bu iki ölkəni birləşdirən,yaxınlaşdıran çox vacib bir layihədir. Humanitar sahədə də Rusiya Azərbaycan arasında olan dost münasibəti aydın görünür.Ölkəmizdə rus dilinin tədrisi buna bariz nümunə ola bilər. 

Dövlət başçımızın Rusiya Prezidenti Vladimir Putin ilə birgə imzaladığı Rusiya və Azərbaycanın qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə dövlətlər arası münasibətlərimizin keyfiyyətinə yeni səviyyədə keçidi ilə əlamətdardır. Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi düzgün siyasət nəticəsində nəinki Rusiya,həmçinin dünyanın bir sıra nüfuzlu dövlətləri Azərbaycanla qarşılıqlı iqtisadi və siyasi əlaqələr qurmaqda maraqlıdırlar.

Lalə Haqverdiyeva,
Bakı şəhəri, Xətai rayonu, 27 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü