26 aprel 2024 13:10
200

Japarovun Qarabağda olması ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcək - Səfir

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri, Qarabağda olması ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin daha möhkəmləndirilməsinə töhfə verəcək.

“İki sahil” xəbər verir ki, bu sözləri Qırğızıstanın Azərbaycandakı və Gürcüstandakı səfiri Kayrat Osmonaliyev aprelin 26-da keçirilən “Müasir mərhələdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri: dərin strateji tərəfdaşlıq” mövzusunda tədbirdə söyləyib.

Diplomat qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq haqqında müvafiq sənədlər və Birgə Bəyannamə imzalandı, Dövlətlərarası Şuranın ikinci iclası keçirildi. Bütün bunlar Qırğızıstan ilə Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir.

Səfir bildirib ki, ölkəsi tərəfindən Ağdamda orta məktəbin təməlini qoyması, paytaxt Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışı Qırğızıstan-Azərbaycan qardaşlığının gözəl nümunələridir.