26 aprel 2024 14:57
207

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür edib

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.

“İki sahil” xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

"Biz birgə iqlim siyasətinə dair məsələləri müzakirə edə bilərik. 2035-ci ilə qədər yeni iqlim hədəflərini formalaşdıra bilərik. Biz iqlim maliyyələşməsinə büdcədən 6 milyard ayırmışıq, ümumilikdə 10 milyard avro səfərbər etmişik. Özəl sektoru da iqlim mövzusuna səfərbər etməliyik. COP29-da bu istiqamətdə müəyyən razılaşmalar əldə edəcəyimizə əminəm", - o qeyd edib.

O.Şolts Prezident İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür edib.

"Əminəm ki, əməkdaşlığımızı daha da dərinləşdirəcəyik", - Almaniya Kansleri vurğulayıb.