26 aprel 2024 16:28
259

Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 27-də Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərinə səfər edəcək.

Bu barədə "İki sahil"ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlamat verilib.

O, tədbirdə müzakirəyə çıxarılacaq məsələlərin müzakirəsinə qatılacaq.

Səfər aprelin 30-da başa çatacaq.