28 aprel 2024 08:48
251

Türkiyədə polis nəfəri bölmədə atəş açıb, idarə rəisi və şöbə müdiri öldürülüb

Türkiyənin Adıyaman şəhərində polis nəfəri xidməti silahı ilə polis idarəsinin rəisini və ictimai təhlükəsizlik şöbə müdirini güllələyib.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün “X” səhifəsində məlumat verib. “Hücum edən şəxs tutularaq nəzarətə götürülüb. İdarə rəisi və şöbə müdiri ağır yaralanıb və xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, onları xilas etmək mümkün olmayıb”, - nazir əlavə edib.