Yeniyetmələrin təbiətlə təmaslarının formalaşması, ekoloji turizmin təşviqi və “Yaşıl dünya naminə həmrəylik ili”nin məktəblilər arasında təbliği məqsədilə Abşeron Milli Parkının dəsətəyi, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Şahdilidə məktəblilərin ekoturizm yarışması keçirilib.
“İki sahil” xəbər verir ki, yarışa Bakı şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinə daxil olan qurumların 9 komandası qatılıb.
Komandalar Şahdili istiqamətində müəyyən olunmuş vaxt üzrə 5 km-lik məsafəni qət etmək üçün yarışıb.
Ən yaxşı nəticə göstərən komandalar təltif edilib və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib
Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib