28 aprel 2024 23:12
266

Hindistanın Assam əyalətində vəhşi fil 4 nəfəri tapdalayaraq öldürüb

Hindistanın şimal-şərqindəki Assam əyalətində şənbə günü iki meşə işçisi də daxil olmaqla, azı dörd nəfər vəhşi fil tərəfindən tapdalanaraq öldürülüb.

“İki sahil” Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə Assamın mərkəzi şəhəri Dispurdan təxminən 147 kilometr şimal-şərqdə, Sonitpur rayonunun Dhiraimajuli bölgəsində baş verib.

Meşə idarəsi dərhal həyəcan siqnalı verərək, şəxsi heyəti əraziyə cəlb edib.