Vladimir Zelenskinin çıxışını şərh edən amerikalı iş adamı Elon Mask, Ukrayna ilə ABŞ arasında on illik dəstək proqramı ilə bağlı danışıqları dəlilik və “əbədi müharibə” adlandırıb.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, Mask X-də iş adamı Devid Saksın Ukraynaya növbəti on il üçün dəstəyin səviyyəsini müəyyən edəcək ABŞ ilə təhlükəsizlik sazişi üzərində işlədiyini qeyd etdiyi postunun altında bu sözləri yazıb: “Bu dəlilikdir. Əbədi müharibədir”.
Zelenski daha əvvəl demişdi ki, Ukrayna və ABŞ 2024-cü il və növbəti on il üçün dəstək səviyyələrini müəyyənləşdirmək üçün kitərəfli təhlükəsizlik sazişi üzərində işləyirlər.