29 aprel 2024 11:56
243

Neftçalada 3 otaqlı ev yanıb

Neftçalada 3 otaqlı ev yanıb.

"İki sahil" FHN-in saytına istinadən xəbər verir ki, rayonunun Ərəbqardaşbəyli kəndində ümumi sahəsi 204 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dam örtüyününün yanar konstruksiyaları 172 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.