29 aprel 2024 12:21
249

Ukrayna və Moldovanın Aİ-yə qəbulu necə olacaq?

Ukrayna və Moldova Aİ-yə üzvlük danışıqlarına başladıqda, ölkələrin eyni vaxtda namizəd statusu almasına baxmayaraq, onların tərəqqisi ayrıca nəzərdən keçiriləcək.

“İki sahil” “RBK-Ukraina” istinadla xəbər verir ki, bunu Aİ-nin Moldovadakı səfiri Yanis Mazeyks deyib.

Səfir eyni zamanda, Moldovanın Brüsselin tövsiyə etdiyi mühüm şərtləri yerinə yetirdiyini, lakin xüsusilə ədliyyə sahəsində çatışmazlıqların da olduğunu bildirib. Belə ki, Baş prokuror hələ təyin olunmayıb, Ali Məhkəmədə isə kadr yoxdur.

Ukraynaya gəldikdə isə ... 2023-cü ilin dekabrında Brüsseldə keçirilən sammitdə Aİ liderləri Ukraynanın birliyə qoşulması ilə bağlı danışıqlara başlamaq üçün "yaşıl işıq" yandırdılar.

Danışıqların rəsmi başlanğıcı hələ baş tutmayıb. Xüsusilə, Ukrayna qanunvericiliyinin Avropa tələblərinə uyğunluğu yoxlanılıb və danışıqlar çərçivəsi hazırlanıb.