29 aprel 2024 13:19
255

Paytaxtda yeni park salınacaq

Yaxın gələcəkdə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov və Sergey Senyuşkin küçələrindəki fərdi yaşayış evlərinin köçürülməsi və ərazidə park salınması nəzərdə tutulur.

Bu barədə “İki sahil”ə Xətai rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar müvafiq qurumların nümayəndələri sakinlərlə görüşlər keçiriblər, hazırda ölçmə işləri aparılır.

Xatırladaq ki, qeyd olunan ərazi "Sevgi" parkının yaxınlığındadır.