29 aprel 2024 14:49
256

ABŞ İsraili dəstəkləyir, lakin...

Birləşmiş Ştatlar İsraili dəstəkləyir, lakin eyni zamanda Qəzza zolağı xalqının “dəhşətli iztirablarına” son qoymağa çalışır.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken aprelin 29-da Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Biz İsraili qətiyyətlə dəstəkləyirik... Ancaq eyni zamanda, Qəzzada hər gün gördüyümüz dəhşətli iztirablara son qoymaq üçün mümkün olan hər şeyi etməyə qərarlıyıq”, - deyə Blinken qeyd edib.

AFP daha əvvəl xəbər vermişdi ki, ABŞ dövlət katibi Yaxın Şərqdəki böhranı müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.