30 aprel 2024 15:40
230

ABŞ səfirliyi azərbaycanlı şahmatçını qələbə münasibətilə təbrik edib

ABŞ-nin Azərbaycandakı səfirliyi Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyevanı Avropa çempionatında qələbəsi münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb. Yunanıstanın Rodos şəhərində keçirilən yarışlarda 27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.