30 aprel 2024 18:31
291

Şvabe siyasi terrorçudur

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe siyasi terrorçudur.

“İki sahil” xəbər verir ki, bu barədə X-da paylaşımında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov qeyd edib ki, Frank Şvabe əsl üzünü açıb: “O, özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçidir. O, AŞPA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur”.

Qeyd edək ki, Almaniyanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Frank Şvabe “X” hesabında paylaşımında Azərbaycanın geri - AŞPA-ya yolu olmadığını yazıb. (APA)