01 may 2024 11:08
215

BMT rəsmisi: "Bakı prosesi" bizim üçün vacibdir

"Bakı prosesi" bizim üçün vacibdir.

“İki sahil” xəbər verir ki, bunu BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos mayın 1-də Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT-nin Sivilizasiyalar Alyansı illərdir dinlər və mədəniyyətlərarası dialoq üçün tanınmış platforma kimi çıxış edib:

"İnsan haqları və hüquqlarının qorunması vacib məsələdir. BMT-nin Sivilizasiyalar Alyansı mədəniyyətlər və dinlərarası dialoqun toqquşmaya qarşı gücləndirilməsinin tərəfdarıdır. Ədavətin bütün formalarına qarşı birgə mübarizə aparmalıyıq. Biz etimadı yenidən qurmalı və zəif təbəqələri nəzərimizdə saxlamalıyıq. Gəlin, dialoqa sadiq olaq, bununla da etimadı qura bilərik. Dialoq sülhə aparan yoldur. Biz parçalanmış keçmişdən sülhə yönələn gələcəyə doğru irəliləyəcəyik”.

BMT rəsmisi bu ilin noyabrında Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) da uğurlar arzulayıb.