01 may 2024 13:00
227

Azərbaycan hər zaman tolerant ölkə kimi tanınıb- Soltan Məmmədov

Azərbaycan hər zaman tolerant ölkə kimi tanınıb.

“İki sahil” xəbər verir ki, bunu VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan belə bir Forumu keçirməklə etnik, mədəni, dini amillərdən irəli gələn ziddiyyətləri aradan qaldırmağa, mədəniyyətlərarası dialoqu təşviq etməyə çalışır: "Azərbaycan bütün dünyada ümumi dəyərlərin mühafizəsinə önəm verir. Heydər Əliyev Fondu bu istiqamətdə beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələr həyata keçirib. "Azərbaycan tolerantlıq məkanı" adlı layihə sərhədlərimizdən kənarda da kifayət qədər tanınır. Berlin kilsəsinin, Romada "Filosoflar zalı"nın bərpası, Parisdə yerləşən Luvr muzeyində İslam mədəniyyəti seksiyasının qurulması, Versal sarayının bərpası və s. ilə bağlı çoxsaylı mədəni layihələrdə Heydər Əliyev Fondu öz dəstəyini göstərib. Bu, Azərbaycanın ümumbəşəri irsə verdiyi dəyərin göstəricisidir".