02 may 2024 12:48
231

Norveçli səyahətçi: Qarabağın tezliklə minalardan təmizlənəcəyinə ümid edirik

Ümid edirik ki, Qarabağ tezliklə minalardan təmizlənəcək.

Bunu Azərbaycanın azad edilmiş ərazilərində səfərdə olan norveçli səyahətçi Ann-Sofi Rediş deyib.

“Ümid edirəm ki, ərazilərin minalardan təmizlənməsi uğurlu olacaq və insanlar təhlükəsiz şəkildə hərəkət edə biləcəklər”, - o vurğulayıb.

Şuşa səfərindən danışan Ann-Sofi Rediş qeyd edib ki, bu şəhərə gedən yol ona Norveç mənzərələrini xatırladır: “Maraqlı bir yol bu şəhərə aparır. Bu, mənə Norveç dağlarından fiordlara enişi xatırladıb”.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olurlar.

“Report”