02 may 2024 13:39
214

IPC-nin Baş katibi: Azərbaycan zəngin mədəni irsə malikdir

Azərbaycan zəngin mədəni irsə malikdir. Cənubi Qafqazın gözəl diyarı olan bu ölkə qədim, həmçinin müasir Bakısı, Qız qalası, maraqlı landşaftı və ən əsası, xeyirxah insanları ilə diqqət çəkir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Beynəlxalq Parlamentlərarası Konqresin (IPC) Baş katibi Sitara Ayaz

Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən "Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr" mövzusunda parlamentlərarası konfransda səsləndirib.

Mədəni irsin qorunmasında qanunvericiliyin təkmilləşdirilməsinin kifayət etmədiyini deyən IPC-nin Baş katibi vurğulayıb ki, bu məsələdə yerli icmalar, vətəndaş cəmiyyəti fəal olmalıdır.

Dünyada müxtəlif millətlər və ya xalqlar arasında mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə toxunan Sitara Ayaz bildirib ki, Bakı platformasından çıxış edərək məqsədlərimizə doğru müəyyən mənada irəliləyə bilərik.