02 may 2024 17:23
266

ICESCO-nun Baş direktoru VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu yüksək qiymətləndirib

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu yüksək qiymətləndirib.

“İki sahil” xəbər verir ki, o, tədbirin bağlanış mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

ICESCO-nun Baş direktoru tədbir iştirakçılarının mədəniyyətlərarası dialoqa böyük töhfə verdiklərini bildirib:

"ICESCO öz gücündən bundan sonra da istifadə edəcək. Bəşəriyyətin ilk günündən mədəniyyətlərarası dialoq münasibətləri inkişaf etdirmək üçün bir fürsət olub. Biz tolerantlıq və birgəyaşayış dəyərlərini təşviq etməliyik. Biz istərdik ki, beynəlxalq ictimaiyyət belə məsələlərdə aparıcı rol oynasın. Elm, təhsil, mədəniyyət sahəsində apardığımız fəaliyyət möhkəm bünövrə rolunu oynayır. Biz sülhü dəstəkləyirik və istərdik ki, bundan sonra da bütün dünyada sülhün qorunmasına töhfə verək. Azərbaycan Prezidenti İlham Əliyevin dünənki çıxışı bizi istiqamətləndirən bir təlimat idi. Dövlət başçısı riyakarlıq, ikili standartlar, kolonializm və qarşılıqlı etimad haqqında danışdı. Biz Prezident İlham Əliyevin söylədiklərindən yola çıxaraq həmrəyliyimizi gücləndirməliyik".