03 may 2024 23:28
342

Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib

Müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Zığ dairəsi – Aeroport yolunda bəzi zolaqlarda sürət həddi 20 km/saat endirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

“Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub”, – Mərkəz diqqətə çatdırıb.