04 may 2024 16:13
281

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb.

"Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulub. Bu əlamətdar hadisə həm Cənubi Qafqazda, həm də bütün dünyada əməkdaşlığa, təhlükəsizliyin möhkəmləndirilməsinə və sülhün təşviqinə davamlı sadiqliyimizi vurğulayır", - XİN qeyd edib.