04 may 2024 21:07
275

XİN başçıları görüşüblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mərakeşli həmkarı Nasser Bourita ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə C.Bayramov "X" sosial şəbəkəsində paylaşım edib.

"Biz Azərbaycan-Mərakeş ikitərəfli əməkdaşlığı, o cümlədən ölkələrimiz arasında çoxtərəfli platformalarda qarşılıqlı dəstəyi müzakirə etdik. Mümkün yeni əməkdaşlıq sahələrinə toxunulub", - C.Bayramov bildirib.