08 may 2024 21:11
286

Culfa şəhər 3 nömrəli tam orta məktəbdə şəhidlərimizin adlarına verilmiş sinif otaqlarının təqdimatı olub - FOTO

Culfa şəhər 3 nömrəli tam orta məktəbdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizdən Elşad Nağıyevin, Şamil Babayevin, Ceyhun Dünyamalıyevin, Yaqub Nəcəfovun, Nicat Məmmədlinin, Bağır Ələkbərovun, Sənan Məmmədovun, Kənan Quliyevin və Nihat Quluzadənin adlarına verilmiş sinif otaqlarının təqdimatı olub.

“İki sahil” xəbər verir ki, tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin, Culfa Rayon Təhsil Şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər və məktəbin şagirdləri iştirak ediblər. Bədii hissədə şəhidlərimizin ailə üzvləri, qazilər çıxış edərək, onlara göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərimizin xatirəsinin daima tutulduğuna görə ölkə rəhbərliyinə və xalqımıza öz minnətdarlıqlarını bildiriblər.

Sonda şəhidlərin adlarının verildiyi sinif otaqlarına baxış keçirilib.