10 may 2024 12:40
418

Zamanı gələndə Xankəndidə Türkiyənin konsulluğu açılacaq- Səfir

Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.

"Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır. Biz Şuşada konsulluq açmaq üçün müraciət etmişdik. Bu məsələ ilə bağlı danışıqlar da iki dövlət arasında aparılır, dövlətimiz də bu məsələni dəyərləndirir, zamanı gələndə açılacaq", - səfir deyib.