Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Stalinə məxsus yaxtanın alınmasına dair son qərarı verməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib.
O bildirib ki, Stalinə məxsus olan “Maksim Qorki” adlı 1934-cü ildə tikilən yaxtanın alınması ilə bağlı gəmiçiliyin niyyəti var. Lakin bununla bağlı son qərar hələ verilməyib.
Qeyd edək ki, yaxtanın qiyməti 20 milyon rubl dəyərindədir.