Türkiyə Respublikasının Karabük Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert proqramı təşkil olunub.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin əziz ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Karabük Azərbaycanlıların Həmrəylik, Mədəniyyət və İncəsənət Cəmiyyətinin sədri Eşqin İsmayılov müasir Azərbaycanın memarı və xilaskarı olan Heydər Əliyevin Türkiyə ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib.
Ümummilli liderin dövründə ölkələrimiz arasında formalaşan qardaşlıq əlaqələrinin bu gün də davam etdiyini qeyd edən İsmayılov, Türkiyə və Azərbaycanın bütün müstəvilərdə bir-birini dəstəklədiyini qeyd edib.
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin bütün sahələrin inkişafı istiqamətində apardığı uğurlu və məqsədyönlü siyasətə yüksək qiymət verilib.
Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduqları vurğulanıb.
Tədbir ədəbi-bədii proqramla davam edib.
Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur
Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib