12 may 2024 16:25
376

Azərbaycan Əfqanıstana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.

“İki sahil” xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım edilib.

“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi.

Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, - XİN qeyd edib.