13 may 2024 11:55
335

Baş direktor: ICESCO-ya üzv ölkələrdə yüksək PISA sınaq nəticələrinə nail olmaq niyyətindəyik

Beynəlxalq Şagird Qiymətləndirmə Proqramından (PISA) müxtəlif ölkələrdə təhsil səviyyəsini müqayisə etmək üçün istifadə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri, oxu və yazı üzrə göstəricilərini qiymətləndirən PİSA testi bu göstəricilərin öyrənilməsi və digər ölkələrlə müqayisəsi baxımından mühüm əhəmiyyət kəsb edir:

“Təşkilatın 20-yə yaxın üzv ölkəsi PİSA testindən keçmək üçün ərizə təqdim edib. Düşünürəm ki, ICESCO onlara nəinki maliyyə dəstəyi, həm də sınaqlara necə hazırlaşmaq barədə məsləhətlər verəcək ekspert təqdim edəcək. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə birlikdə üzv dövlətlərimizdə sınaq nəticələrinin yüksək olmasına nail ola bilərik".