13 may 2024 12:37
341

Malta sülhə nail olmaqda Ermənistan və Azərbaycana kömək etmək niyyətindədir- Yan Borq

ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında İrəvanda keçirilən danışıqlarda Ermənistanla Azərbaycan arasında delimitasiya məsələsi müzakirə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Y.Borq bildirib ki, Malta hərtərəfli sülhə nail olmaqda Ermənistan və Azərbaycana kömək etmək niyyətindədir.

O xatırladıb ki, Bakı ilə İrəvan arasında proses ikitərəfli müstəvidə aparılır.