Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlı əldə olunan razılaşmalar düzgün istiqamətdə atılan addımdır.
“İki sahil” xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
O, Bakı və İrəvanı iki ölkə xalqlarının mənafeyi naminə sülh danışıqlarının dinamikasını saxlamağa çağırıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ötən gün ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib.
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO