14 may 2024 13:04
442

Mandatı tükənmiş, arxaik xarakter daşıyan Minsk qrupunun saxlanılmasına heç bir ehtiyac yoxdur- Ceyhun Bayramov

“ATƏT daxilində olan Minsk qrupu 30 illik faəliyyətində Azərbaycan-Ermənistan münaqişəsinin həllinə heç bir fayda verməmişdir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.

“Hesab edirik ki, artıq mandatları tükənmiş, arxaik xarakter daşıyan bu qurumların saxlanılmasına heç bir ehtiyac yoxdur”, – nazir əlavə edib.